İqtisadiyyat

Tariflər dəyişmir - Bütün YDM-lərdən 10% keşbek!

5 Yanvar 2021 12:00
Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rabitəbankın çoxfunksiyalı keşbek kartı Kartmanedə keşbek tarifləri dəyişilməz olaraq qalır. Unikal məhsul Kartmane bütün yanacaqdoldurma məntəqələrində daim keşbek vəd edir. Həm ölkədaxili, həm də dünyanın istənilən YDM-lərində kartmane ilə ödəniş etdikdə 10% keşbek geri qayıdır.

Sahiblərini alternativsiz üstünlüklərlə yaşadan Kartmane sahibləri Rabita Mobile tətbiqində müxtəlif fərqli keşbek növlərindən birini seçə bilərlər. Əgər keşbek növü "YDM və restoran" olaraq seçilibsə, bu o deməkdir ki, ödəniş zamanı bütün YDM-lərdən 10%, kafe və restoranlardan isə 5% keşbek qazanacaqsınız. 


Kartmane sahibləri Rabita Mobile tətbiqi vasitəsi ilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. Tətbiqdə 1 bonus - 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına bir addıma köçürə bilirlər.


Bununla yanaşı müştərilər Rabitəbankın durmadan artan tərəfdaş şəbəkəsində tam 25%-dək əlavə keşbek qazana bilərlər. Müştərilər Kartmane kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Bu karta sahib olmaq isə çox rahatdır. Evdən çıxmadan bankın rəsmi saytı, Rabita Mobile tətbiqi ilə yanaşı, Teleqram və Messencerdə RabitaBot çatbotu üzərindən sifariş verilən Kartmanelər qapınıza qədər pulsuz çatdırılacaq. Daha ətraflı məlumat və sifariş vermək üçün http://rbt.az/sifaris  linkinə keçid edə bilərsiniz.


"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.