İqtisadiyyat

Mərkəzi Bank gələn ilin əsas hədəflərini açıqladı - VİDEO

30 Dekabr 2020 11:44
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bank gələn ilin əsas hədəflərini açıqlayıb. Bunların arasında işğaldan azad edilən ərazilərin yenidən qurulması, iqtisadiyyatın pandemiyadan öncəki vəziyyətə qaytarılması, eləcə də COVID-19-un zərər vurduğu sahələrə dəstəyin davam etdirilməsi də var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2020-ci ildə ölkədə ictimai həyatın və iqtisadi fəaliyyətin bütün sferalarına güclü təsir göstərən bu şoklar il ərzində effektiv idarə olunub.

Bu Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatında yer alib. Mərkəz Bankdan bildirirlər ki, artıq bitmək üzrə olan 2020-ci ildə görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib, o cümlədən, qiymətlər sabitliyi və valyuta bazarında tarazlıq qorunub.

Növbəti ildə Mərkəzi Bankın qarşısında duran vəzifələr isə öncəki ildəkindən daha çox və çoxşaxəlidir. Belə ki, gələn il ortamüddətli dövrdə ölkə iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbəti 10 ildə ümumi daxili məhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nəzərə alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin təmin edilməsi, habelə işğaldan azad olunmuş ərazilərin bərpası kimi mühüm çağırışlar var. İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, gələn il Mərkəzi Bank daha sərt maliyyə siyasəti həyata keçirəcək.

Mərkəzin Bankın gələn il diqqət edəcəyi əsas məqamlardan biri isə qiymət sabitliyinə nail olunmasıdır. Pul siyasətini həyata keçirərkən Mərkəzi Bank inflyasiyaya təsir edən başlıca xarici və daxili amilləri diqqət mərkəzində saxlayacaq. Pandemiyadan zərərçəkən sahələrə dəstək tədbirləri isə davam etdiriləcək. Ekspert Rəşad Həsənov bildirir ki, edilən yardımlar bu ilkindən çox və ya az olması verilən qərarlardan asılı olacaq.

Ekspert bildirir ki, Azərbaycanın sahib olduğu valyuta ehtiyyatları və həyata keçiriləcək qabaqlayıcı tədbirlər manatın məzənnəsini sabit saxlamağa kifayət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.