İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

3 Dekabr 2020 12:18
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ötən 10 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manat təşkil etmişdir ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 0,2 faiz artmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.