İqtisadiyyat

"Ziraat Bank Azərbaycan" Yığım Əmanəti məhsulunu təqdim edir!

2 Dekabr 2020 14:25
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ziraat Bank Azərbaycan" müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni "Ziraat Yığım Əmanəti" məhsulunu təqdim edir.

"Ziraat Yığım Əmanəti" məhsulu, müştərilərə vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. Belə ki, bu məhsulun digər müddətli əmanət məhsullarından əsas fərqi odur ki, əmanət hesabının balansı müştəri tərəfindən vaxtaşırı artırıla bilər. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini əmanət hesablarına yerləşdirərək yığımlarını artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır.

Bu əmanət növündə müştəri vəsaitini istədiyi vaxt artıra bilər. Məhsulun özəllikləri aşağıda qeyd olunan kimidir:

·         Əmanət müddəti maksimum 12 aydır.

·         Əmanət hesabının balansını müddətin ilk 9 ayına qədər artırmaq mümkündür.

·         Əmanətin minimal məbləği 1000 AZN/USD (Bir min Azərbaycan manatı/ABŞ Dolları) təşkil edir, maksimal məbləğə dair tələb yoxdur.

·         Minimum artırılma məbləği 50 AZN/USD(Əlli Azərbaycan manatı/ ABŞ Dolları) təşkil edir.

·         Faizlər əmanət müddətinin sonunda ödənilir.

·         Əmanətin əsas məbləği və yığılmış faizlər müştərinin cari hesabına köçürülərək ödənilir.

·         Əmanət müddəti bitdikdə avtomatik olaraq eyni şərtlərlə, eyni müddətə, ancaq həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi ilə yenilənir.

Əlavə olaraq, "Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.