İqtisadiyyat

SOCAR-ın "Palmali"yə qarşı məhkəməni uddu: 49,5 milyon dollar təzminat ödəniləcək

9 Noyabr 2020 10:31
Baxış: 1 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 noyabr 2020-ci il tarixində arbitraj qərarı verilib.

SOCAR-dan Milli.Az-a verilən məlumatına görə, qərar SOCAR Overseas-in lehinə çıxarılmışdır. SOCAR-ın "Palmali"yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.500.000 ABŞ dolları məbləğində təzminat müəyyən edilmişdir. "Palmali"nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilmişdir.

Xatırladaq ki, SOCAR və "Palmali" şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmamışlar. "Palmali" şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri "Palmali" qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlamışlar. Beləliklə, iki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatmış oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.