İqtisadiyyat

“Azərenerji”nin prezidenti: "Düşmən zəruri enerji infrastrukturuna zərər vura bilməyib"

12 Oktyabr 2020 17:50
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası, həmçinin "Mingəçevir" Su Elektrik Stansiyası mütəmadi olaraq erməni qoşunlarının hədəfinə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu oktyabrın 12-də Mingəçevirdə jurnalistlərə açıqlamasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev deyib.

O bildirib ki, elektrik stansiyalarının əraziləri mütəmadi olaraq raket hücumuna məruz qalır. Lakin xoşbəxtlikdən düşmən bu zəruri enerji infrastrukturuna zərər vura bilməyib. Azərbaycanın enerji sistemi normal rejimdə çalışır.

Azərbaycanın Gürcüstan, Türkiyə və Avropa ölkələrinə elektrik enerjisi ixrac etdiyini deyən Baba Rzayev qeyd edib ki, bu strateji məkanları hədəf almaqda Ermənistanın məqsədi aydındır: "Onlar əhali arasında təşviş yaratmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına zərbə vurmağı da hədəfləyirlər. Bildirmək istəyirəm ki, ölkəmizdə elektrik enerjisi stansiyalarının sayı çoxdur. Azərbaycan ərazisinin cəmi 15 faizinin elektrik enerjisi bu stansiyadan təmin olunur. Biz Azərbaycan xalqını işıqsız qoymayacağıq. Sayı 20 minə çatan Azərbaycan energetikləri bu gün Ali Baş Komandanın bütün göstərişlərini yerinə yetirməyə hamı hazırdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.