İqtisadiyyat

Azərbaycan bu il Gürcüstanın əsas dizel tədarükçüsü olub

12 Oktyabr 2020 18:22
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 807,5 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da illik ifadədə 28,1 min ton və ya 3,6% çoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 159,3 min ton dizel yanacağı idxal edib ki, bu da ümumi idxalın 38%-ni təşkil edir. Bu göstərici ilə Azərbaycan Gürcüstanın əsas dizel tədarükçüsü olub.

Hesabat dövründə Gürcüstan 419,4 min ton dizel yanacağı idxal edib ki, bu da illik müqayisədə 43,4 min ton və 11,5% çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.