İqtisadiyyat

"Ziraat Bank Azərbaycan" Ani Ödəniş Sistemi-ni təqdim edir!

12 Oktyabr 2020 12:30
Baxış: 1 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ziraat Bank Azərbaycan"  "Azərbaycan Respublikasının Mərkəzi Bankı" tərəfindən yaradılmış olan Ani Ödəniş Sistemi ( AÖS ) -ni müştərilərinə təqdim edir.  Ani Ödəniş Sistemi ( AÖS ) ölkə daxili Manat hərəkətlərinin sürətlənməsinə və asanlaşmasına xidmət göstərməkdədir.

Hal-hazırda sitemin sadəcə ölkə daxili manat köçürmələri üçün hazırlanmış hissəsi istifadəyə veriləcəkdir. Belə ki, sistem istifadəçləri Ani Ödəniş Sistemi ( AÖS ) vasitəsi ilə ölkədaxili  manat köçürmələrini dərhal və gözləmədən həyata keçirə biləcəklər. Həmçinin, sistem Hüquqi Şəxslər üçün VÖEN nömrəsi, Fiziki Şəxslər üçün isə telefon nömrəsi və ya başka identifikasiya vasitəsi ilə daha  sürətli və rahat köçürmələr həyata keçirmək imkanı verməkdədir.

Ani Ödəniş Sistemi ( AÖS ) növbəti addımlarında müştərilərə Mobil Əlavələrdə , Kassa Aparatlarında, Pos Terminal Ödəmələrində, Elektron Ödəniş Terminallarında və bu kimi bir çox sahələrdə əlverişli xidmətlər təqdim edəcəkdir.

Qeyd olunan sistem əməliyyatları A. R. Mərkəzi Bankı tərəfindən yaradılan portal vasitəsi ilə həyata keçiriləcəkdir.

"Ziraat Bank Azərbaycan" ASC müştərilərin rahatlığı üçün yeni məhsullar istehsal edir, mövcud məhsulları inkişaf etdirir və həmçinin müştərilərin yararına olan dövlət dəstəklərini, sistem yeniliklərini və digər məhsulları dərhal bank sistemi ilə inteqrasiya edir. Bununla da müştərilərin yeniliklərdən kənar qalmamasını, baş verən yeniliklərdən dərhal istifadə edərək əməliyyatların daha da  rahatlaşmasını və sürətlənməsini təmin edir.

Əlavə olaraq qeyd edək ki "Ziraat Bank Azərbaycan" ASC Mərkəzi Bank tərəfindən 30.12.2014 tarixində verilən lisenziya əsasında Türkiyənin 156 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və yaxın müddətdə filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır.

Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.