İqtisadiyyat

"Muğanbank" ASC ölkəmizin Silahlı Qüvvələrinə 100 000 Manat məbləğində dəstək göstərdi

5 Oktyabr 2020 17:35
Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Muğanbank" ASC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda böyük əzm və  şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 100 000 Manat vəsait köçürmüşdür.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

"Muğanbank" ASC korporativ sosial məsuliyyət prinsiplərinə daim sadiqdir.

Əminik ki, Qələbə çox yaxındır!  Qarabağ Azərbaycandır!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.