İqtisadiyyat

Bank of Baku Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN köçürdü!

2 Oktyabr 2020 15:25
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkənin aparıcı bankı Bank of Baku Qarabağın azadlığı uğrunda inamla, əzmlə döyüşən igid Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN vəsait köçürdü.

Bank of Baku, eyni zamanda müştərilərinə də DostBank mobil tətbiqi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək imkanı yaradıb. Belə ki, bankın müştəriləri DostBank mobil tətbiqinə daxil olmaqla istər debet və ya kredit kartı, istərsə də toplanmış BONUS-ları ilə fonda öz yardımlarını edə bilərlər.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasında əsas məqsəd, Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.

Xalqına, dövlətinə hər zaman yaxın olan Bank of Baku, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ordusuna dəstəyini davam etdirəcək.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.