İqtisadiyyat

"Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi planlaşdırılır" - Səfir

15 Sentyabr 2020 14:13
Baxış: 546

İran Astarasında dəmiryolu terminalının inşa olunması iki ölkənin sərhəd layihələrindən biridir. Əlbəttə, bu istiqamətdə işlər sürətləndirilməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.

O bildirib ki, səfir olaraq Azərbaycana səfər etməzdən öncə İranın Azərbaycanla sərhədindəki 4 vilayətlə yaxından tanış olub: "İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonu ilə Azərbaycanın İmişli rayonu arasında birgə sənaye parkının yaradılması planı var. Bu plan yekun memorandumun tənzimlənərək imzlanması üçün iki ölkənin texniki komitələri tərəfindən araşdırılır. Bundan başqa, Astaraçay üzərində avtomobil körpüsünün inşa olunması, Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi də iki ölkənin gündəmində olan layihələrdəndir. Ümid edirəm ki, tezliklə bununla əlaqədar irəliləyişin şahidi olacağıq".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.