İqtisadiyyat

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub

13 Avqust 2020 17:15
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə yeni icraçı direktor təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifəsinə Ülvi Mansurov təyin olunub.

Qeyd edək ki, Ülvi Mansurov 2012-2015-ci illərdə Britaniyanın Uorvik Universitetində təhsil alıb, "Warwick Business School" proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, "Bank Technique" İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, "Azərpoçt" MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.