İqtisadiyyat

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

24 İyun 2020 21:48
Baxış: 1 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481,0 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 45,7 faiz, propilen istehsalı 24,9 faiz, etilen istehsalı 22,0 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, bərk polipropilen boruların istehsalı 94,7 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.