İqtisadiyyat

"Bank Respublika"dan koronavirusa qarşı mübarizədə daha bir dəstək

6 Aprel 2020 12:15
Baxış: 2 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank Respublika, evdən çıxmadan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradaraq, növbəti dəfə koronovirus infeksiyası ilə mübarizə təşəbbüsünü dəstəklədi.

Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürə biləcəklər.

Köçürməni ödəniş kartı və ya bank hesabı ilə etmək mümkündür.

Bundan başqa, Mobil Şöbə əlavəsinin üstünlüklərindən biri də istənilən yerli bankın kartını əlavə etmək və ödəniş etmək imkanıdır. Bununla da, müştərilər, Mobil Şöbə əlavəsi ilə  Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edə biləcək.

Koronavirus infeksiyasının yayılması ilə əlaqədar, sağlamlıq risklərini nəzərə alaraq, Bank Respublika müştərilərə onlayn xidmət kanalları vasitəsilə bank əməliyyatlarını həyata keçirmələrini tövsiyə edir. Bu məqsədlə Bank, fiziki şəxslər üçün - "Mobil Şöbə""İnternet Şöbə", eləcə də hüquqi şəxslər üçün "İnternet Ofis" kimi bir sıra imkanlar təklif edir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.