İqtisadiyyat

Unibankdan sahibkar xanımlara bayram hədiyyəsi: İllik cəmi 8% ilə kredit

5 Mart 2020 11:11
Baxış: 2 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın həyatını övladlarına həsr edən, əziyyətinin əvəzi bir ömür ödənilməyən ANAdır.  Qadın sevgisini və qayğısını bir ömür əsirgəməyən BACIdır. Qadın olduğu yerə hüzur gətirən, evi isidən HƏYAT YOLDAŞIdır. Qadın hər kəsin üzünə sevinc qonduran körpə QIZCIĞAZdır. Qadın öz zərif çiyinlərinə böyük yük götürərək xalqına, dövlətinə fayda verən, gəlir qazandıran SAHİBKARdır.

Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Qadın sahibkarlara dəstək" kampaniyası keçirir. Kampaniya çərçivəsində biznesinin həcmindən asılı olmayaraq "Unibank"dan biznes krediti götürən bütün xanım sahibkarlar, krediti illik cəmi 8% ilə rəsmiləşdirə biləcəklər. Kampaniya martın 10-dək davam edəcək.

Sən zərifliyinlə güclü layihələrə imza atan Sahibkarsan- yaxşı ki, varsan!

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

-Sərfəli tariflər;

-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-Hesabın onlayn açılması;

-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkar xanımlar bank filiallarına müraciət edərək,  kampaniyadan faydalana bilərlər.

Unibank- Biznesinizə daimi dəstək!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.