İqtisadiyyat

Avropa İttifaqı: Sazişdə razılaşdırılmayan məsələlər ticarət və iqtisadiyyatla bağlıdır

22 Yanvar 2020 12:31
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında yeni sazizişin imzalanması üçün danışıqların yeni mərhələsi həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.

O, əminliklə bildirib ki, hər iki tərəf əməkdaşlıq sazişi üzrə danışıqların ən qısa zamanda imzalanması üçün səylər göstərəcək.

K.Yankauskas qeyd edib ki, Azərbaycan və Avropa Ittifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər məhz ticarət və iqtisadiyyatla bağlıdır.

Aİ rəsmisi bildirib ki, keçən ilin dekabr ayında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirilib:"Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdi və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr keçirildi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.