İqtisadiyyat

Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

13 Dekabr 2019 09:21
Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir.

Rüblük müqayisədə azərbaycanlı turistlərin xərcləri 26 faiz artıb.

Üçüncü rüb ərzində Gürcüstanda daha çox Rusiya (adambaşına 1 323 lari) və Türkiyə vətəndaşları (adambaşına 816 lari) vəsait xərcləyib.

Ümumilikdə hesabat dövründə turistlər Gürcüstanda 3,3 milyard lari (1,1 milyard dollardan çox) xərcləyib.

2019-cu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 547 114 səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

Həmin turistlərdən 7,8 faizi Gürcüstana ilk dəfə, 92,2 faizi təkrarən səfər edib.

Azərbaycanlı turistlərin Gürcüstanda qalma müddəti ortalama 2-3 gün təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.