İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb - Xoşbəxt Yusifzadə

12 Dekabr 2019 11:34
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda respublikada neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" ilə "Şahdəniz" yataqları hesabına əldə olunur. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir. İşlənmənin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub.

X.Yusifzadə, həmçinin deyib ki, bu il dekabrın 1-dək Azərbaycan Xəzərdəki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından 291 milyon ton mənfəət nefti əldə edib.

"Artıq 20-ci ildir ki, "Azəri-Çıraq-Günəşli" yataqları layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından mənfəət nefti xarici bazarlara çıxarılır. Cari il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 milyon ton mənfəət nefti satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.