İqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan investorlarını dəstəkləyir"

11 Dekabr 2019 20:37
Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hökuməti ölkə iqtisadiyyatına sərmayə qoyan hər kəsi dəstəkləyir və bu səbəbdən Şura təbii və ya süni xarakterli problemlər barədə nazirliyi məlumatlandırmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib..

M.Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının biznes tərəfdaşlarını Azərbaycan iqtisadiyyatına investisiya qoymağa çağırıb.

Şuranın fəaliyyətinə toxunan nazir təşkilatın ölkələr arasında strateji əməkdaşlığı dərinləşdirmək üçün böyük əhəmiyyət daşıdığını qeyd edib və strukturun fəaliyyət coğrafiyasının genişləndirilməsi və şaxələndirilməsinin vacibliyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.