İqtisadiyyat

Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi nə qədər olacaq?

10 Dekabr 2019 14:17
Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kiçik sahibkarlığa dəstək üçün güzəştli kreditlərin verilməsi mexanizmi üç paketə bölünəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, mexanizm kiçik, orta və böyük güzəşt paketlərinə bölünəcək. Kreditin minimal məbləği 1000 manat, maksimal məbləği 50 min manat təşkil edəcək.

Fond direktoru bildirib ki, kredit üzrə maksimal faiz dərəcəsi 7 faizdən çox olmayacaq.

F.Cəfərov əlavə edib ki, mexanizm gələn ildən tətbiq olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.