İqtisadiyyat

Bank of Baku problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir!

6 Dekabr 2019 17:47
Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank of Baku ölkə başçısı Cənab İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərmanın icrası çərçivəsində, 15 may 2019-cu il tarixindən etibarən start verdiyi problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir.

Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslər cari ilin sonuna kimi Bank of Baku-ya yaxınlaşaraq, fərmanın verdiyi üstünlüklərdən faydalana bilər.

Belə ki, fərmanın şamil olunduğu tarixə kimi restrukturizasiya zamanı müştərilərin vaxtı keçmiş kreditləri üzrə faiz borcları silinir və kredit müqavilələri

  • İLLİK 1%-lə,
  • 5 İL müddətinə,
  • KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir.

Üstəlik, müştərilər ilk 12 ayın sadəcə faiz borcunu ödəyərək əsas borc ödənişinə 13-cü aydan başlayacaqlar. Fərmandan faydalanan müştərilər, eyni zamanda aşağıdakı üstünlüklərə də sahib olacaqlar:

  • Müştərinin krediti problemli kredit siyahısından çıxarılacaq;
  • Məhkəmədə olan işlər geri çağırılacaq;
  • Müştəri yenidən kredit əldə etmə imkanı qazanacaq.

01 yanvar 2012 - 28 fevral 2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01 mart 2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslərin 30 dekabr 2019-cu il tarixinə kimi Bank of Baku-ya yaxınlaşmaları və bu güzəştdən faydalanmaları tövsiyyə olunur.

Fərmanın şamil olunduğu fiziki şəxslər siyahısında adının olub-olmadığını yoxlamaq istəyən Bank of Baku müştəriləri Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.