İqtisadiyyat

"Rusiya Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə edir" - Nazir

3 Dekabr 2019 14:44
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Xarici İşlər naziri (XİN) Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransı zamanı deyib.

S.Lavrov da, öz növbəsində, qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var.

Nazir vurğulayıb ki, iqtisadiyyat Rusiya ilə Azərbaycanın münasibətlərinin əsasıdır:

"Ticarət dövriyyəsi sürətlə artır, bu il göstərici 3 milyard dollara çatacaq. Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollar təşkil edir, Azərbaycanın da Rusiyaya investisiyaları da əhəmiyyətli dərəcədə çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.