İqtisadiyyat

"Mobil Şöbə 3.0" ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu

3 Dekabr 2019 10:55
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün "Mobil Şöbə 3.0" mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.

Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb.

Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, "Mobil Şöbə 3.0" versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, "Vektor" lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər.

Bununla yanaşı, "Mobil Şöbə 3.0" əlavəsi Bank Respublika müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.

"Mobil Şöbə 3.0" əlavəsi komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan məhsuludur. "Mobil Şöbə"nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim etməyə davam edəcək ", deyə "Bank Respublika"nın darə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.