İqtisadiyyat

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri bahalaşdırıb

2 Dekabr 2019 12:21
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.

Milli.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, faiz dərəcəsi oktyabrın 1-i ilə müqayisədə 0,05 faiz bəndi artıb. Beləliklə, manatla verilmiş kreditlərdə orta faiz dərəcəsi üzrə ilin əvvəlindən davam edən azalmanı artım əvəz edib. Hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5,51%-dən 5,54%-ə, fiziki şəxslərə verilmiş kreditlər üzrə isə 11,36%-dən 11,61%-ə yüksəlib.

Hesabat dövründə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34% olmaqla sabit qalıb.

Xatırladaq ki, 1 yanvar 2019-cu il tarixinə manatla kreditlərdə orta faiz dərəcəsi 14,24%, xarici valyutada isə 8,06% olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.