İqtisadiyyat

Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur

29 Noyabr 2019 15:34
1 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, kənd turizminin inkişafı üçün kənd evlərinin imkanlarının artırılması nəzərdə tutulur: "Kənd turizminin inkişafı üçün bir necə istiqamət nəzərdə tutulur. Bunlar münasib kənd evlərinin siyahıya alınması, eyni zamanda onların icma şəklində formalaşdırılmasıdır. Daha sonra əsas istiqamətlərdən biri müəyyən islahatlar tətbiq edilməklə kənd evlərinin sahiblərini fəaliyyətə cəlb etməkdir".

F.Zenqstşmit əlavə edib ki, əsas məqsədlərdən biri daha münasib olan büdcə hotellərinin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu hotellərdə qalırlar: "Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli hotellərdə qalmaq istəyən turistlər üçün də müəyyənləşdirilmiş xüsusi dəstək çərçivəsində məhz belə münasib hotellərin tikilməsi ilə bağlı da təklifləri var. Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Amma təəssüflər olsun ki, onların nə belə bir şəbəkəyə qoşulma imkanları mövcuddur, nə də belə platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.