İqtisadiyyat

Rövnəq Abdullayev: "SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır"

27 Noyabr 2019 13:03
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Milli məlumatlarına əsasən, müstəqilliyin ilk illərində Azərbaycanda istilik effekti yaradan qazlar xeyli azalıb: "Buna səbəb, keçid dövrünü yaşayan ölkəmizdə irisənaye müəssisələrinin işinin dayandırılması və ümumilikdə, ölkə əhalisinin istifadə etdiyi yanacağın miqdarının azalmasıdır. Lakin 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkədə neft-qaz sənayesinin yüksəlişi və istehsalat sahələrinin inkişafı nəticəsində 2000-ci illərdən başlayaraq ölkədə atmosferə atılan istilik effekti yaradan qazların miqdarı da artmağa başladı. Bu tendensiyanın qarşısının alınması məqsədilə enerji səmərəliliyi, enerjiyə qənaət və çoxkarbonlu yanacaq növündən az karbonlu yanacağa keçmək kimi tədbirlərin icrasına başlandı. SOCAR olaraq, biz də bu tədbirlərə qoşulanlardan birincisi olduq. SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş "Ekoloji Siyasəti" bu istiqamətdə fəaliyyətimizin əsasını təşkil edir"

SOCAR prezidenti əlavə edib ki, son zamanlar "Ekoloji Siyasət" sənədimiz çərçivəsində həmintorpaqların bərpası istiqamətində böyük uğurlar əldə edilib:

"SOCAR, həmçinin Dünya Bankı və BMT-nin "2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi" birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%-ə, cari ildən isə bu rəqəm 0,9%-ə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 mlrd. kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.