İqtisadiyyat

Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb

21 Noyabr 2019 20:33
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 8 milyard 605,3 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əmanətlərin 55,7 faizi xarici, 44,3 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 24,1 faiz artıb, xarici valyutada əmanətlər isə 6,5 faiz azalıb.

2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 14 milyard 211,3 milyon manat təşkil edib, onun 11 milyard 563,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.