İqtisadiyyat

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb - FOTO

21 Noyabr 2019 19:00
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a bildirilib ki, görüş zamanı vurğulanıb ki, 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. Qeyd olunub ki, sənaye sahəsində əməkdaşlığın mühüm istiqamətlərdən biri avtomobil və maşınqayırma sahəsidir. Tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mikayıl Cabbarov Moskvada Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyevlə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın İqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. M.Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes-investisiya mühiti, antiinhisar siyasəti sahəsində görülən işlər və s. barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının böyük potensialı olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı strateji əməkdaşlığın intensivləşdiriləcəyinə, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki dövlətin məsul qurumlarının səylərinin artırılacağına əminlik ifadə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.