İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

18 Noyabr 2019 17:24
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 obyekt daha çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları oktyabr ayında Türkiyədə 125 daşınmaz əmlak əldə edib.

Oktyabr ayında Türkiyədə 142,8 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin oktyabrı ilə müqayisədə 15,4 faiz azdır.

Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 4,272 min daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin oktyabrı ilə müqayisədə 31,9 faiz azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.