İqtisadiyyat

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb

4 Noyabr 2019 18:54
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksində ABŞ və Almaniyanı qabaqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi "Qlobal rəqabətlilik hesabatı"nda deyilir.

Azərbaycan dəmiryol nəqliyyatının səmərəliliyi indeksi 70,8-ə bərabər olub.

Azərbaycan bu indeksdə ABŞ (69,2) , Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi ölkələri qabaqlayaraq 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Reytinqdə 1-ci yerdə 96 indekslə Yaponiya yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.