İqtisadiyyat

Bank Respublika və İnnoland tərəfindən keçirilən "Open Banking Lab" layihəsinə seçimlər başa çatıb

17 Oktyabr 2019 12:20
Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank Respublika və  Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin ölkəmizdə ilk dəfə olaraq fintex-startuplar üçün həyata keçirdiyi Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.

Münsiflər heyətinin qarşısında təqdimat edən 11 startapdan 5-i daha yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanaraq öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. Bunlar:

PayLink OnePoint Fintrack Dama-Dama Bankoff

Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək "Startup Turkey" tədbirində iştirak edəcəklər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.