İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

15 Oktyabr 2019 23:59
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 14-də 62,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,56 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,09 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.