İqtisadiyyat

Azərbaycan nefti bahalaşır

10 Oktyabr 2019 23:36
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,77 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.