İqtisadiyyat

TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu

8 Oktyabr 2019 11:03
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il sentyabr ayının sonuna qədər TANAP üzərindən Türkiyəyə 2.7 milyard kubmetr qaz daşınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11.7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45% qənaətə nail olunub və layihəyə 6.5 milyard dollar sərmayə yatırılıb.

S.Düzyol vurğulayıb ki, boru xəttinin keçdiyi ən yüksək nöqtə 2760 metr olmaqla Ərzincan Qızıldağ mövqeyi oldu: "Ən dərin nöqtə isə 65 metr olmaqla Çanaqqala boğazı olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.