İqtisadiyyat

Azərbaycan və İspaniya turizm sahəsində daha intensiv əlaqələr qura bilər

30 Sentyabr 2019 10:41
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və İspaniyanın özəl şirkətləri turizm sahəsində daha intensiv əlaqələr qura bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada deyib.

O bildirib ki, hər iki ölkə bu cür əlaqələrin qurulmasında maraqlıdır:

"2018-ci ildə İspaniya 80 milyondan çox turist qəbul edib və ən çox səfər olunan ikinci ölkəyə çevrilib. Eyni zamanda, İspaniyaya Azərbaycandan gələn turistlərin sayı çox deyil, ildə 50 min nəfərdən azdır. Azərbaycan sənayesi indi inkişafdadır, amma ispan istehlakçısı üçün hələ də az məlum olan istiqamətdir".

İ.Sançes Taboada əlavə edib ki, iki ölkənin şirkətləri birgə əməkdaşlıqdan fayda görəcək:

"İspaniya qastronomiya sənayesində qədim, peşəkar təlim ənənələrinə malikdir, bu, Azərbaycanın artmaqda olan sənayesində istifadə edilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.