İqtisadiyyat

"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur

20 Sentyabr 2019 20:00
Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin "Equinor" şirkəti Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə şirkətin Azərbaycandakı meneceri Favad Kurayşi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi ilə bağlı "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətilə deyib.

O bildirib ki, "Equinor" bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur:

"1994-cü ildən bu günədək davam edən kollektiv nailiyyətimiz qeyri-adidir, biz SOCAR və digər tərəfdaşlarımızla birgə Azərbaycana möhkəm sadiqliyimizi göstərmişik".

F.Kurayşi qeyd edib ki, müqavilənin 2007-ci ildə daha 25 il müddətə uzadılması və bu il "Mərkəzi-Şərqi Azəri" layihəsinin təsdiq olunması Azərbaycanın etimadını və "Azəri-Çıraq-Günəşli"nin "Equinor" və tərəfdaşlar üçün dəyərini göstərir:

"Ötən il biz SOCAR-la "Equinor" arasında 25 illik uğurlu tərəfdaşlıqdan sonra əməkdaşlığın yeni mərhələsinə keçmişik. Biz tərəfdaşlığımızın inkişafını səbirsizliklə gözləyirik və SOCAR-la birgə layihələrimiz vasitəsilə Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.