İqtisadiyyat

Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

19 Sentyabr 2019 15:09
0 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov "Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə" həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin may ayından nazirliyin müvafiq əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq təsərrüfatlarında (buğda və arpa) yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilmişdir. Hal-hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzlərində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir:

"Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın www.axa.gov.az saytından toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər".

Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir.

Qeyd edilib ki, 11 ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş regional aqrokimya laboratoriyaları (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Sabirabad) aqrar sahənin inkişafı üçün çox böyük önəm daşımaqla, fermerlərə torpağın məhsuldarlıq, fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərir. Fermerlər əkindən öncə torpaqlarını analiz etdirib, qida maddələrinə olan tələbatının müəyyənləşdirilməsi vacib şərtdir. Aparılan analizlər ödənişlidir, ərazinin relyefi nəzərə alınmaqla 1 ha-dan 1 nümunə götürülür, hər parametr üzrə qiymətlər mövcuddur. Tam paket analizi 65 manat təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.