İqtisadiyyat

İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib

18 Sentyabr 2019 15:36
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-avqust aylarında İstanbul və Ankaradan Azərbaycana ixrac 630,854 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Türkiyə İxracatçılar Birliyindən (TİM) bildiriblər.

Həmin müddət ərzində Ankaradan Azərbaycana ixrac 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 16,91 faiz artaraq 88,849 milyon dollar təşkil edib.

Eyni zamanda, İstanbuldan Azərbaycana ixrac 8,88 faiz artaraq 542,005 milyon dollara bərabər olub.

Avqust ayında Ankaradan Azərbaycana ixrac 2018-ci ilin avqustu ilə müqayisədə 18,78 faiz azalaraq 7,76 milyon dollar, İstanbuldan Azərbaycana ixrac 46,47 faiz artaraq 89,99 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Türkiyədən Azərbaycana ixrac ötən ilin avqustu ilə müqayisədə 23,68 faiz artaraq 138,2 milyon dollara bərabər olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.