İqtisadiyyat

Şahin Mustafayev: "Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq"

16 Sentyabr 2019 19:07
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə biznes forumunun açılışında deyib.

O bildirib ki, imzalanma növbəti yüksək səviyyəli görüş zamanı baş tutacaq.

Nazir qeyd edib ki, Azərbaycan Naxçıvanla Türkiyənin preferensial ticarətinin həcminin artmasına ümid edir:

"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir".

Onun sözlərinə görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard dollara çatıb. Bu ilin ilk 7 ayı ərzində isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 2,3 milyard dollar təşki edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.