İqtisadiyyat

Kəndlilərə yetmiş faiz güzəşt var: bircə qeydiyyat tələb olunur

14 Sentyabr 2019 23:51
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabr ayından etibarən "Aqrolizinq" ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Aqrolizinq" ASC-dən verilən məlumata görə, ilk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi alıb. Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.