İqtisadiyyat

Azərbaycanda yeni sistem - Tokenləşmə işə salınır

10 Sentyabr 2019 17:34
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan "Visa" beynəlxalq ödəniş şirkətinin tokenləşmə sisteminin tətbiq olunduğu yeni ölkə olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin Rəqəmsal həllər departamentinin direktoru Aleksandr Stelmax Azərbaycan Beynəlxalq Bankı ilə birgə "Visa Token Service" xidmətinin işə salınması tədbiri zamanı deyib.

"Visa Token Service" ödəniş kartı barədə fərdi məlumatları unikal rəqəmsal eyniləşdirmə - token ilə əvəz edir.

Direktor qeyd edib ki, Azərbaycanda hər 12 əməliyyat kontaktsız formada həyata keçirilir, həmçinin ölkədə əhalinin 84 faizi smartfonlardan, 57 faizi yüksəksürətli internetdən, 52 faizi mobil internetdən istifadə edir.

Qeyd edək ki, tokenləşmə texnologiyası elektron ödəmələri məlumatların etibarlı şifrələnməsi vasitəsilə daha təhlükəsiz edir. Kartla ödəmə zamanı müştərinin rekvizitləri satıcıya ötürülmür.

Bu üsulun ən əsas üstünlüyü müştərinin kart nömrəsinin rəqəmsal məkanda oğurlanmasının qeyri-mümkünlüyüdür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.