İqtisadiyyat

Bakıda kirayə mənzil bazarı bahalaşdı

10 Sentyabr 2019 08:28
0 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var. Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.

Belə ki, N.İbrahimov qeyd edib ki, metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib. Ekspertin sözlərinə görə, həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib.

Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.