İqtisadiyyat

"Qazprombank" Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırır

9 Sentyabr 2019 21:04
Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprombank" Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, Azərbaycanda maliyyələşmə üçün prioritet sahələr əsasən neft, qaz və neft-qaz-kimya sahələridir:

"Biz bu sahədə bir sıra iri layihələr reallaşdırmışıq və SOCAR-la əməkdaşlığı davam etdirməyi planlaşdırırıq".

Məlum olduğu kimi, "Qazprombank" Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə iştirak edir.

Rusiya bankı Azərbaycanda "SOCAR Polymer" zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi. Bank bu layihə üçün 489 milyon dollar kredit ayırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.