İqtisadiyyat

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə KOBİA arasında potensial layihələr müzakirə edilib - FOTO

7 Sentyabr 2019 11:04
Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə KOBİA-nın İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, bu baxımdan bu il Bakıda keçirilməsi nəzərə tutulan İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının önəmi diqqətə çatdırılıb.

KOBİA və İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İƏTGF tərəfdaşlarının iştirakı ilə kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, sosial sahibkarlıq sahəhələrində layihələrin, innovasiyalar və startaplar üzrə təcrübə mübadiləsinin, gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə maarifləndirici tədbirlərin, təlimlərin və proqramların həyata keçirilməsi, KOB-ların iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin və biznes forumların təşkili imkanları qeyd olunub.

Qeyd edək ki, İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyasının Bakı şəhərində təşkilinə dair Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli Protokol imzalanıb. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcək. Ümumilikdə 70-yə yaxın ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkəmizdə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, ölkəmizə xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici investorlar arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.