İqtisadiyyat

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi təqdim olundu

5 Sentyabr 2019 18:29
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda bütün kredit təşkilatlarına yeni Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi (AzALES) təqdim olunub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Kreditləşmə və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem 15 gün ərzində sınaqdan keçiriləcək. M.Əliyev bildirib ki, sistem banklara aqrar sahədə riskləri daha yaxşı qiymətləndirməyə, eləcə də kredit müraciətlərini daha qısa zamanda nəzərdən keçirməyə imkan verəcək.

Öz növbəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti bildirib ki, yeni sistem kredit təşkilatlarının əməkdaşlarının maliyyə sahəsində biliklərini təkmilləşdirəcək.

S.Qatti həmçinin bildirib ki, AzALES sistemi iqtisadiyyatın şaxələndirilməsində, xüsusilə də kənd təsərrüfatının modernləşdirilməsi və kredit ehtiyatlarına çıxışın sadələşdirilməsində vacib rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.