İqtisadiyyat

Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır - Hədəfdə tekstil sahəsidir

5 Sentyabr 2019 16:12
1 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər:

"Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür".

Səfir əlavə edib ki, Azərbaycana ixrac strukturunda ikinci yeri düyü tutur.

Onun sözlərinə görə, Azərbaycanla birgə müəssisələrin yaradılması yaxın perspektivdə nəzərdən keçirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.