İqtisadiyyat

Ticarət palatasının rəhbəri: "Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır"

5 Sentyabr 2019 15:24
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan Azərbaycandan investorların cəlb olunmasında maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Xayber-Pahtunva əyaləti Ticarət-Sənaye Palatasının rəhbəri Feyzi Məhəmməd deyib.

O qeyd edib ki, Pakistan əsasən investisiya və turizm sahələrində Azərbaycanla əməkdaşlığın genişlənməsinə ümid edir:

"Bakıya Pakistan biznesinin 150 nümayəndəsindən ibarət heyət gəlib. Biz istehsal, ticarət və energetika sahələrində azərbaycanlı tərəfdaşlarımızla görüşlər keçirməyi planlaşdırırıq. Bizim üçün prioritet investisiya və turizm sahələrində əməkdaşlığın genişlənməsidir, çünki bu sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial mövcuddur və bundan istifadə etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.