İqtisadiyyat

SOCAR AQŞ "Qərbi Abşeron" yatağında qazma layihələrini uğurla həyata keçirir

4 Sentyabr 2019 13:15
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kompleks qazma və quyu xidmətləri göstərən SOCAR AQŞ bu günlərdə "Qərbi Abşeron" yatağı 10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 815 metr olan 65 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisə, eyni zamanda 10 saylı özüldən layihə dərinliyi 780 metr olan 18 nömrəli quyuda qazma işlərinə start verib. 18 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.

Qeyd edək ki, müəssisə 10 saylı stasionar dəniz özülündə yeni nəsil qazma avadanlığı olan "Drilmec HH 300" vasitəsilə quyuların qazılmasını həyata keçirir.

Dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.

Sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.