İqtisadiyyat

“Expressbank”ın İdarə Heyətində dəyişiklik

2 Sentyabr 2019 17:20
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Expressbank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Belə ki, Bankın İdarə Heyətinin sədri İlham Həbibullayev öz istəyi ilə vəzifəsindən ayrılmışdır. "Expressbank"ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunmuşdur.

Mehman Məmmədov  Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 24 illik bank təcrübəsi olan Mehman Məmmədov 2012-ci ildən "Expressbank"da Kredit departamentinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən İdarə Heyətinin üzvü, 2018-ci ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd  edək ki, Fitch Rating beynəlxalq reytinq agentliyi "Expressbank"ın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləyib. Pərakəndə və biznes bankçılıq sahəsində geniş məhsul çeşidi və xidmətlər göstərən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.