İqtisadiyyat

Nazirlik: "Yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər"

2 Sentyabr 2019 16:47
1 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda əkin sahəsi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq və araşdırılacaq.

Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, fermerə düşən subsidiya veriləcək:

"Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il, 50 faizdən artıq olarsa, 2 il subsidiyadan məhrum ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.